Salam dostlar,
Bu gün etibarıyla AXCP-Müsavat bloku tərəfindən 94 saylı Bərdə kənd dairəsinə vahid namizədliyim təsdiqlənib.
Beləliklə ilk addımlarımızı atmağa başlayırıq. Bu prosesdə mənə dəstək verən və verəcək hər bir Bərdəliyə minnətdaram və minnətdar olacam:)
Orda bir yol var uzaqda..
O yol bizim yolumuzdur
Çatmasaq da, varmasaq da
O yol bizim yolumuzdur!
Allah yolumuzu açıq etsin…
48.582933
7.743749
07/09/2010

Balıq başdan iylənir.
Baş, çox əhəmiyyətli orqandır.
Qolsuz, ayaqsız insanın yaşaması normaldı, hətta müəyyən nəaliyyət əldə etməsi də mümkündü.
Başsız isə yaşamaq mümkün deyil.
Bədənin müxtəlif üzvləri, travmaya məruz qaldığında belə insan şüurlu şəkildə öz həyatını davam etdirə bilir, lakin eyni travmanı baş aldıqda bu imkansızlaşır. (davamı…)
48.582933
7.743749
06/09/2010

Azadlıq verilməz, alınar!
Bu gün Azərbaycanda Azadlıq deyəndə 3 şey ağlıma gəlir:
Azadlıq Meydanı, Azadlıq Radiosu və Azadlıq Qəzeti…
Hər üçü də mənə doğma və bir o qədər əzizdir.
Hər üçünün də sovet imperiyasına qarşı aparılan mübarizədə xüsusi yeri və çəkisi var. (davamı…)
48.582933
7.743749
25/07/2010

Biz tamamilə demokratiya yolu ilə gedirik. – Heydər Əliyev
Demokratikləşmə prosesinin daimi olması gərəkdiyinə inananlardanam.
Siyasi partiyaların, qeyri-hökümət təşkilatlarının, dövlət qurumları və o cümlədən Azərbaycan xalqının bu prosesdə iştirakı və ya iştiraka cəlb edilməsi vacibdir.
Demokratiya yolu, gedilən yollardan bəlkə də ən çətinidir, lakin eyni zamanda ən ədalətlisidir.. (davamı…)
48.582933
7.743749
22/07/2010

Bir çuval ki, köhnəldi–o tərəfdən, bu tərəfdən hey başlayacaq yırtılmağa və dəlinməyə.
“Ədə, çuval dəlinib, çuvalduzu ver mənə, dəliyi tikim.”
Elə ki, bir tərəfdən yamayırsan, görürsən o biri tərəfdən yenə çuvalın içindən darı başlayıb, tökülməyə.
“Ədə, çuvalduzu ver mənə.”
Bu dəliyi də tikirsən. Elə ki, çuvalı qaldırıb yükləyirsən eşşəyin üstünə, yenə darı başlayır su kimi axıb yerə tökülməyə.
“Ədə, yavaş sür! Yavaş sür! Bu zəhrimar çuval yenə dəlinib.”
“Hoqquş, hoqquş…. Qoyma, qoyma! Darı töküldü.” (davamı…)
48.582933
7.743749
20/07/2010

Və yaxud jurnalistikanın sərhəddi olmur.
Dünən Parisdə media qurumlarıyla keçirdiyim görüşlər çərçivəsində “Sərhədsiz Reportyorlar” (RSF) təşkilatının baş ofisində oldum.
Gün ərzində öncədən planlanan görüşlərin sıxlığı səbəbiylə bu görüşümü səhər tezdənə salmağa məcbur qalmışdım.
Görüş vaxtını təyin etmək üçün 5 gün əvvəl RSF-ə zəng etdiyimdə Avropa və MDB ölkələri üzrə koordinatoru Elsa Vidal, səhər saat 8-də görüş vaxtına razılıq vermişdi. (davamı…)
48.582933
7.743749
17/07/2010

və yaxud səngərdəki xalqın 21 illik cəbhəsi
Bu gün Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaranmasının 21-ci ili tamam olur.
AXC-nin və onun liderlərinin yaxın tariximizdəki rolları, fəaliyyətləri danılmazdır.
AXC, eyni zamanda sovet imperiyasına qarşı yaradılan milli azadlıq hərəkatına başçılıq edən mütəşəkkil siyasi təşkilat idi.
Bu cəbhənin apardığı mübarizə, Azərbaycanın 70 il sonra öz müstəqilliyinə qovuşmasıyla nəticələndi. (davamı…)
48.582933
7.743749
16/07/2010

Parisdə evsiz jurnalistlərin pənah gətirdiyi sığınacaq
Bu gündən etibarən Parisdə bir sıra media qurumları və mediayla bağlantılı qeyri-hökümət təşkilatları ilə bir sıra görüşlər keçirməyə başladım.
Görüşlərin əsas müzakirə predmeti, Qafqazda və Azərbaycanda medianın hazırkı vəziyyəti, mətbuat azadlığı, həbsdə olan jurnalistlər, yeni media texnologiyalarının regionda tətbiqi, və s. buna bənzər mövzulardı. (davamı…)
48.582933
7.743749
15/07/2010

Hər yeni sahili ilk Dalğa fəth edir.
Eyni ideyalar uğrunda, lakin fərqli yollarla gedən, mübarizə aparan gənclərin, gənclər təşkilatlarının qarşılıqlı olaraq bir-birinə yerli-yersiz ittihamlar səsləndirməsini doğru saymıram.
Dalğa Gənclər Hərəkatı və onun ətrafında son baş verənlər üzüntüvericidir.
Dalğa GH, bir çox yeniliklərə imza atıb, klassik formatlar yerinə alternativ formatlardan istifadə edib, məsələlərdə kifayət qədər fəallıq göstərib , göstərməyə davam edir. (davamı…)
48.582933
7.743749
13/07/2010

Cami imamı Abdullah hoca, bir iş için resmi dairelerden birine gider.
Kendisinden TC kimlik numarası istenince, en yakın internet- cafenin yolunu tutmak zorunda kalır.
Cafenin kapısından girerken levhada yazılı isim ‘fesubhânallah’lar, estağfirullah’lar çektirir hoca efendiye, hem de peşpeşe: (davamı…)
48.582933
7.743749
10/07/2010

və yaxud Azərbaycan ayısı
Ayı yırtıcı heyvandı..
Yırtıcılıqdan daha çox isə, gəzərkən həndəvərinə saldığı bir anbar zəhmi var.
Elə buna görə də bütün dünyada özünə görə ad-sanı var.
Necə deyərlər, dayın ayıdısa basılmaz vətən ..
Ancaq gəl-görəsən ki, ayının bu boyda hörmət-izzətini bir köpüklük etdilər. (davamı…)
48.582933
7.743749
05/07/2010

Когда закончится нефть,
Ты будешь опять со мной.
Когда закончится газ,
Ты вернешься за своей весной.
А мы посадим леса
И устроим рай в шалаше.
Когда закончится все,
Настанет объем в душе. (davamı…)
48.582933
7.743749
30/06/2010

Hər səyahət bir addımla başlar.
Bir müddətdir ki, oxucular tərəfindən bloqumu yeniləməməklə bağlı şikayət xarakterli mesajlar alıram.
Eyni zamanda oxucuların səsləndirməmi və haqqında yazmağımı istədiyi xeyli sayda mövzu var. (davamı…)
48.582933
7.743749
07/06/2010

Və yaxud bir erməniyə tərif deyən azərbaycanlı
Ulu öndər, ölməz mərhum dahi şəxsiyyət və s. və s. və s. Heydər Əliyev həzrətlərinin 11 oktyabr 1978-ci ildə Stepan Şaumyanın 100 illiyinə həsr olunmuş tədbirdə etdiyi çıxışdan sitatları nəzərinizə çatdırmaqdan xəcalət çəkirəm.
Söhbət 31 Mart Soyqırımdan da gedir: (davamı…)
48.582933
7.743749
26/05/2010

The secret police of Azerbaijan
This morning at 5 am at the airport in Baku, Azerbaijan, the Norwegian journalist Erling Borgen and his cameraman, Dag Inge Dahl, wassurrounded by aggressive security personell.
They stole important documents from the Norwegian filmmaker.
They also stole and confiscated Mr. Borgens hard disk with six days of filming. (davamı…)
48.582933
7.743749
06/05/2010

Terroristin dini, vətəni və milliyyəti olmur.
Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) terror hadisəsindən bir il ötür…
Bu terror hadisəsində gənc övladlarını itirən ailələrin hisslərini anlamaq üçün insan olmaq yetərlidi..
Bu gün millət olaraq kövrəldiyimiz və bir o qədər də sıx və dik durduğumuz gündü…
Dillə demək asan gəlir, ancaq asan deyil..
20 il bir qarnı ac, bir qarnı tox uşaq böyüdəsən, öz boğazından kəsib övladına cib xərci verəsən, sonra minbir əziyyətlə yetişdirdiyin balan kor gülləyə tuş gəlsin..
Bu oyunlar, barmaq silkələmələr davam etdikcə göz yaşı da susan deyil…
Unutmaq, ən böyük faciəmizdir.. (davamı…)
48.582933
7.743749
30/04/2010

və yaxud iqtisadi böhranın növbəti təsiri
Azərbaycan hakimiyyəti hər nə qədər qlobal böhranın ölkəyə təsirinin olmadığını söyləsələr də əməli fəaliyyətdə əksini edirlər.
Ancaq burda bir şeyi vurğulamaqda fayda var.
Dünyanı sarsan iqtisadi böhran, Azərbaycanda kasıb xalqdan çox, zırpı məmurlara təsir etdi.
Hətta təsir etdi deyəndə zəif alınır, böhran bizim məmurları əməlli-başlı şapalaqladı.
Xalqa gəlincə, rəhmətlik Heydər Əliyevin sözü olmasın bizim xalq dözümlü xalqdı. (davamı…)
27/04/2010

Understanding Media and Democracy
Guy Berger, 30 November 2001
Background:
Many African broadcasters enjoyed a brief moment in the sun in the first multi-party elections of the late 20th century, but new governments – despite promises of allowing true democratic public service broadcasting – soon took control – repeating the pattern of their predecessors. As a result, broadcast journalists found themselves under severe political pressures to become government mouthpieces once again. (davamı…)
48.582933
7.743749
18/04/2010